Ramil Usubov Gəncədə vətəndaş qəbulu keçirəcək

Ramil Usubov Gəncədə vətəndaş qəbulu keçirəcək Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinləri iştirak edə biləcəklər
Sosial müdafiə
6 Oktyabr , 2016 18:09
Ramil Usubov Gəncədə vətəndaş qəbulu keçirəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində baş tutacaq. 

Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi