Rabitə müəssisələrində çalışanların maaşı artıb

Rabitə müəssisələrində çalışanların maaşı artıb ​Bakı şəhərinin rabitə müəssisələrində çalışan işçilərin sayı 5,3 faiz azalıb
Sosial müdafiə
11 Avqust , 2016 17:50
Rabitə müəssisələrində çalışanların maaşı artıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin yanvar-may ayında Bakı şəhərinin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,7 min nəfər olub.

Bakı Şəhəri Statistika İdarəsindən "Report"a verilən məlumata görə, bu sahədə çalışanların orta aylıq əmək haqqı isə 14,5 faiz artaraq 736,3 manat təşkil edib.

Bu müddət ərzində rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,8 min nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz azalma deməkdir.

Orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 950,0 manat təşkil edib. Cari ilin yanvar-may ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 688,7 manat olub. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 1235,6 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi