Qobustanda cəza çəkməkdən azad olunan şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa edilir

Qobustanda cəza çəkməkdən azad olunan şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa edilir Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edilib
Sosial müdafiə
27 Aprel , 2016 19:51
Qobustanda cəza çəkməkdən azad olunan şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa edilir

Bakı. 27 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 758 nəfər bu ilin ilk rübü ərzində birdəfəlik sosial müavinətlə təmin edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onların hər birinə minimum əməkhaqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Məşğulluq haqqında qanunvericilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyalarına aid ediliblər və müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində onların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq işlər görülür. Bu məqsədlə keçən il və cari ilin ötən dövründə 184 nəfər belə vətəndaş üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir. Mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi