​Azərbaycan Qətərlə fövqəladə hallar sahəsində əməkdaşlıq edəcək

​Azərbaycan Qətərlə fövqəladə hallar sahəsində əməkdaşlıq edəcək İlham Əliyev iki ölkə arasında əməkdaşlığa dair fərman imzalayıb
Sosial müdafiə
16 Dekabr , 2014 01:20
​Azərbaycan Qətərlə fövqəladə hallar sahəsində əməkdaşlıq edəcək
Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Qətər arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

"Report"un verdiyi məlumata görə, sənəddə bildirilir:

"Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il oktyabrın 20-də Doha şəhərində imzalanmış saziş təsdiq edilsin, Fövqəladə Hallar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin və Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər hökumətini xəbərdar etsin".

Son xəbərlər

Orphus sistemi