​Qaxda “Açıq qapı günü” - vətəndaş forumu keçirilib

​Qaxda “Açıq qapı günü” - vətəndaş forumu keçirilib Elektron xidmətdən istifadə qaydaları vətəndaşlara əyani şəkildə izah olunub
Sosial müdafiə
4 Dekabr , 2015 20:57
​Qaxda “Açıq qapı günü” - vətəndaş forumu keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti dekabrın 4-də Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirib

Bu barədə "Report"a xidmətdən məlumat verilib.

Tədbirdə bildirilib ki, 2008-2015-ci illər ərzində 1 033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. Bu müddət ərzində 32 016 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Qurumun istifadəyə verdiyi 10-u elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi