​Qarabağda gənclərin "Sağlamlıq ayı" yekunlaşıb

​Qarabağda gənclərin "Sağlamlıq ayı" yekunlaşıb Epilepsiya, qida zəhərlənmələri, zədələr və fövqəladə hallar zamanı baş verə biləcək hadisələr zamanı ilkin tibbi yardımın formaları nümayiş etdirilib
Sosial müdafiə
29 Noyabr , 2014 17:23
​Qarabağda gənclərin Sağlamlıq ayı yekunlaşıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ ofisinin “Gənc xilaskarlar” adlı layihəsinin yekunu olaraq gənclər arasında ilk tibbi yardıma dair məlumatlılıq səviyyəsini, habelə layihənin effektini yoxlamaq məqsədilə “Səndə bir həyat xilas et!” adlı müsabiqə təşkil edilib. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Layihənin məqsədi yeniyetmə və gənclərə ilk tibbi yardımın mahiyyətini aşılamaq, hər hansı qəza və ya həyati təhlükə yaradan vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və ya qəfil xəstələnmə vəziyyətlərində yardımın göstərilməsi, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi vəsait axtarmadan ilk tibbi yardım qaydalarının öyrədilməsidir.

Ağcabədi Rayon İcra Hakimiyyəti, YAP Qadınlar Şurası, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Rayon Polis Şöbəsi və FHN-nin rayon şöbəsinin dəstəyi ilə həyata keçirilən müsabiqə layihəsi çərçivəsində təşkil edilən “Sağlamlıq həftəsi”nin iştirakçıları olan Ağcabədi Müəllimlər İnstitutu və Ağcabədi Pedaqoji Kollecinin tələbələri arasında baş tutub.

Müsabiqədə gənclər tərəfindən epilepsiya, qida zəhərlənmələri, zədələr və fövqəladə hallar zamanı baş verə biləcək hadisələr zamanı ilkin tibbi yardımın formaları nümayiş etdirilib.

Yekunda I və  III yerlər üzrə Ağcabədi Pedaqoji Kollecinin komandaları, II yer üzrə isə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının komandası qalib olub. Qaliblər diplom və hədiyyələrlə təltif edilib.

Son xəbərlər

Orphus sistemi