​Qala qəsəbəsində şagirdlərə tullantı materiallarından əl işləri düzəltmək öyrədilib

​Qala qəsəbəsində şagirdlərə tullantı materiallarından əl işləri düzəltmək öyrədilib Məktəbdə şagirdlərə ustad dərsləri keçirilib
Sosial müdafiə
22 Oktyabr , 2015 17:34
​Qala qəsəbəsində şagirdlərə tullantı materiallarından əl işləri düzəltmək öyrədilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC keçirdiyi “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində yerləşən 323 nömrəli məktəbdə şagirdlərə ustad dərsləri keçirilib. Bu barədə “Report”a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ustad dərslərinin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının və istifadəsinin mümkünlüyünün təbliğ edilməsidir.

Qeyd edək ki, “Təmiz Qala” layihəsi Qala qəsəbəsində bərk məişət tullantılarının toplanması, daşınması və utilizasiyası üzrə həyata keçirilən nümunəvi pilot layihədir. Belə ki, qəsəbədə tullantılar 2 fərqli konteynerlərdə – qida qalıqları yaşıl rəngli, qeyri-qida tullantıları isə göy rəngli konteynerlərdə toplanır və uyğun rəngdəki fərqli avtomobillərlə daşınır. Bu da çeşidləmə prosesi zamanı təkrar emala yararlı tullantıların ümumi kütlədən ayrılması dərəcəsini xeyli yüksəldir. Qala qəsəbəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün tullantı daşıyan maşınlara GPS qurğuları quraşdırılıb və daim nəzarət edilir. Vaxta və xərclərə qənaət etmək üçün xüsusi hazırlanan proqram təminatı hər bir maşın üçün optimal marşrut müəyyən edir və məlumatlar sürücünün planşetinə yönləndirilir. Həmçinin, qaynar xətt vasitəsilə sakinlərin irad, şikayət və təklifləri qeydə alınır və araşdırılaraq müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi