PwC: Bakıda dövlət xidmətlərinin göstərilməsi üzrə mərkəzlər dünyada ən yaxşılardan biridir

PwC: Bakıda dövlət xidmətlərinin göstərilməsi üzrə mərkəzlər dünyada ən yaxşılardan biridir Dövlət xidmətlərinin göstərilməsi üzrə ən rahat mərkəzlərin olduğu şəhərlər arasında Moskva, Bakı, London və Stokholmun adları göstərilib
Sosial müdafiə
18 Avqust , 2015 14:34
PwC: Bakıda dövlət xidmətlərinin göstərilməsi üzrə mərkəzlər dünyada ən yaxşılardan biridir

Bakı. 18 avqust. REPORT.AZ/ Arayış və icazələri ən rahat Moskva, San-Paulu və Bakıda almaq olar. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu nəticələr "Pricewaterhouse Coopers" (PwC) şirkəti tərəfindən aparılmış "Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzinin müqayisəli təhlili" adlı araşdırması zamanı əldə olunub. 

PwC şirkətində dünyanın 18 iri şəhərlərində yerləşən və "bir pəncərə" prinsipi ilə dövlət xidmətlərinin göstərildiyi çoxfunksiyalı mərkəzlərin (ÇFM) işini təhlil ediblər. Qiymətləndirmə dörd meyar (xidmətlərin əlyetərliyi, rahatlıq, növbələrin idarə olunması, əks əlaqə) üzrə aparılıb.

Araşdırmada qeyd olunur ki, yalnız Moskva və Bakıda dövlət xidmətləri mərkəzlərinin 7 günlük iş qrafiki təşkil olunub. 

Dövlət xidmətlərinin göstərilməsi üzrə ən rahat mərkəzlərin olduğu şəhərlər arasında Moskva, Bakı, London və Stokholmun adları göstərilib (girişdə yardımçı, zalda administratorlar, fotokabinlər, uşaq güşəsi və s.). "Növbələrin idarə olunması" göstəricisinə görə liderlərin sırasına Moskva, Bakı və Toronto çıxıb. 

Telefon qaynar xətti hər bir şəhərdə mövcuddur, lakin operativ əks əlaqə pultları yalnız Sidney, Moskva, Helsinki və Bakıda fəaliyyət göstərir, mobil əlavə vasitəsilə fikir bildirmək imkanı Moskva, Berlin və Madriddə mövcuddur. 

Qeyd edək ki, araşdırma aşağıdakı şəhərlərdə aparılıb: Moskva (Rusiya), Madrid (İspaniya), San-Paulu (Braziliya), Berlin (Almaniya), London (İngiltərə), Seul (Cənubi Koreya), Sidney (Avstraliya), Amsterdam (Niderland), Toronto (Kanada), Afina (Yunanıstan), Astana (Qazaxıstan), Budapeşt (Macarıstan), Banqalor (Hindistan), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya), Stokholm (İsveç), Santyaqo (Çili), Bakı (Azərbaycan). 

"Pricewaterhouse Coopers" (PwC) konsaltinq və audit sahəsində peşəkar xidmətlər təklif edən beynəlxalq şirkətlər şəbəkəsidir.

Son xəbərlər

Orphus sistemi