Prezident mədəniyyət, gənclər, idman və sosial təminat müəssisələrində çalışanların maaşını artırıb

Prezident mədəniyyət, gənclər, idman və sosial təminat müəssisələrində çalışanların maaşını artırıb Nazirlər Kabinetinə hər iki sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Sosial müdafiə
18 Yanvar , 2016 17:49
Prezident mədəniyyət, gənclər, idman və sosial təminat müəssisələrində çalışanların maaşını artırıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sənədə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bundan başqa, Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə hər iki sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi