Bakı. 9 may. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində 9 May Faşizm üzərində qələbənin 71 illiyi və 10 May Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə Baş idarənin və müəssisənin məsul əməkdaşlarının, müəssisədə fəaliyyət göstərən 45 saylı orta məktəbin pedaqoji kollektivinin, məhkumların valideyinlərinin, yaxın qohumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Açıq qapı" günü təşkil olunub.
Bu barədə "Report"a Penitensiar xidmətdən bildirilib.
Tədbirdə ikinci dünya müharibəsində faşizm üzərində qələbənin əhəmiyyəti qeyd olunub, Azərbaycan xalqının həmin qələbəyə verdiyi töhfələr bir daha xatırlanıb. Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalq və dövlət naminə həyata keçirdiyi xidmətlərindən bəhs edilib.
Rəsmi hissədən sonra dəvət edilən valideynlər və yaxın qohumlar müəssisədə saxlanılan övladlarının saxlanma şəraiti ilə yaxından tanış olublar.