Ötən il işsiz statusu alanların sayı açıqlanıb

Ötən il işsiz statusu alanların sayı açıqlanıb İşsiz statsusu alanlar arasında kişilərin sayı daha çoxdur
Sosial müdafiə
31 Avqust , 2016 16:57
Ötən il işsiz statusu alanların sayı açıqlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın məşğulluq xidməti orqanlarında ötən il 28 877 nəfər işsiz statusu alıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, işsiz statusu alanlardan 11 149-u qadın, 17 728 nəfəri kişi olub.

Kadr axını nəticəsində işdən azad olunanların 37,5-i faizi qadınlar, 62,5 faizi kişilər olub.

Ötən il struktur dəyişikliyinə görə işini itirənlərin 44 faizi, əmək fəaliyyətində 1 ildən çox fasiləsi olduğu üçün işini itirənlərin 55,9 fazi qadınlar olub.

Son xəbərlər

Orphus sistemi