Ötən il vətəndaşlardan DSMF-yə daxil olan müraciətlərin sayı 26 faiz azalıb

Ötən il vətəndaşlardan DSMF-yə daxil olan müraciətlərin sayı 26 faiz azalıb Azalma elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində olub
Sosial müdafiə
27 Yanvar , 2016 17:56
Ötən il vətəndaşlardan DSMF-yə daxil olan müraciətlərin sayı 26 faiz azalıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb. Bu barədə “Report”a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Məlumata görə, ötən il Dövlət Sosial Müdafiə Fondunun saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.

Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi