Ötən ay 350 nəfər əcnəbi vətəndaş DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınıb

Ötən ay 350 nəfər əcnəbi vətəndaş DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınıb Nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə çatıb
Sosial müdafiə
11 Dekabr , 2015 10:22
Ötən ay 350 nəfər əcnəbi vətəndaş DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25 faiz artıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, noyabr ayı ərzində əlavə olaraq 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,02 faizini (24 048 nəfər) kişilər, 11,98 faizini (3 274 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 982 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1 651 nəfərə çatıb.

Sonrakı yerlərdə Hindistan (983), İran (969), Çin (847), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (561), Pakistan (537), Ukrayna (443), Banqladeş (401), Özbəkistan (275), Almaniya (252), Filippin (239), ABŞ (237), Qazaxıstan (218), Türkmənistan (211), vətəndaşlığı olmayanlar (194), Koreya (191) və s. ölkələr qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi