Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında 15 nəfərlə görüşüb

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında 15 nəfərlə görüşüb Müraciətlər araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib
Sosial müdafiə
2 Aprel , 2015 17:49
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında 15 nəfərlə görüşüb

Bakı. 2 aprel. REPORT.AZ/ Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçirib. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib. Başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olan müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə 15 saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrənib. Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib. Onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı ombudsmana ünvanlanmış müraciətləri araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi