​Ombudsman Aparatının nümayəndələri Salyan polisinin müvəqqəti saxlama yerlərinə baxış keçiriblər

​Ombudsman Aparatının nümayəndələri Salyan polisinin müvəqqəti saxlama yerlərinə baxış keçiriblər Sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib
Sosial müdafiə
8 İyun , 2015 15:45
​Ombudsman Aparatının nümayəndələri Salyan polisinin müvəqqəti saxlama yerlərinə baxış keçiriblər

Bakı. 8 iyun. REPORT.AZ/ Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Salyan Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı baxış keçiriblər. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna və "Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları"na müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Prosesdə MPQ-nin həkim üzvü də iştirak edib.

Baxış zamanı MPQ üzvləri həmin müəssisədə saxlanılan şəxslər fərdi qaydada qəbul edib, onlarla təkbətək söhbətlər aparıb.

Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Habelə müəssisədə saxlama şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.

Həmin müəssisələrin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən "Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları"na müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi