DSK: Ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 29,8 min nəfərdir

DSK: Ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 29,8 min nəfərdir İşsiz statusuna malik olan şəxslərin çoxu Bakıda yaşayır
Sosial müdafiə
19 Fevral , 2016 18:18
DSK: Ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 29,8 min nəfərdir

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu müddət ərzində işçislərin sayı 29,8 min nəfər olub ki, onların 38,3 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 281 manat olub.

İşsiz statusuna malik olan şəxslərin çoxu məhz paytaxt Bakıda yaşayır. Belə ki, onların sayı 12 513 nəfərdir. Onlardan işsizliyə görə müavinət alanların sayı isə 1012 nəfər təşkil edib.  

Son xəbərlər

Orphus sistemi