Oktyabr ayında 1494 halda əmək qanunvericiliyi pozulub

Oktyabr ayında 1494 halda əmək qanunvericiliyi pozulub Qanunvericiliyin pozulması hallarına əsasən topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində rast gəlinib
Sosial müdafiə
12 Noyabr , 2015 16:05
Oktyabr ayında 1494 halda əmək qanunvericiliyi pozulub

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında 1494 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, son bir ayda vətəndaş müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5 faiz, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1 faiz azalıb.

Ümumilikdə, cari ilin 10 ayında belə hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalma özünü göstərib.

Əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi hallarının əsasən topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində özünü göstərdiyi müəyyən edilib. Aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb, işçilərin əmək hüquqlarının pozulması hallarının bir daha təkrarlanmaması üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi