Bakı. 18 may. REPORT.AZ/
Səfərin məqsədi əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiyası xidmətinin təkmilləşdirilməsi sahəsində Almaniya ilə təcrübə mübadiləsinin aparılmasıdır. Mayın 23-də başa çatacaq səfər çərçivəsində Almaniyanın aidiyyəti dövlət qurumunun məsul şəxsləri ilə görüşlər keçiriləcək, əlilliyi olan şəxslərlə bağlı hüquqi-normativ baza, bərpa-müalicə və reabilitasiya sisteminin təşkili, tibbi modellə yanaşı sosial modelə əsaslanan reabilitasiya tədbirləri və s. mövzularda məlumat mübadiləsi aparılacaq.
Nümayəndə heyəti eyni zamanda Almaniyada əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan müəssisələrlə, onların iş təcrübəsi ilə yaxından tanış olacaq.
Qeyd edək ki, səfər Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində baş tutur.