Bakı. 11 sentyabr. REPORT.AZ/
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu da "E-hökumət" portalı üzrə müxtəlif qurumların göstərdiyi bütün e-xidmətlər üzrə ümumi istifadə sayının 12,2 faizini təşkil edir. O cümlədən ötən ay əhali nazirliyin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" elektron xidmətindən 91 250 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 36 416 dəfə faydalanıb. "İş yerinə dair arayış" e-xidmətindən isə avqust ayında 21 966 dəfə istifadə qeydə alınıb. Yenə də hər üç e-xidmət əhalinin ən çox faydalandığı e-xidmətlər sırasındadır.
Bu ilin yanvar-avqust aylarında "E-hökumət" portalı üzərindən göstərilən bütün e-xidmətlərdən ümumi istifadə sayının 16,3 faizi, yəni 1 424 110 ədədi nazirliyin e-xidmətlərinin payına düşüb.