Nazirlik tərəfindən 51 600 nəfərdən çox şəxsə Prezident təqaüdləri təyin olunub

Nazirlik tərəfindən 51 600 nəfərdən çox şəxsə Prezident təqaüdləri təyin olunub Ümumilikdə son bir ildə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 16 637 nəfər artıb
Sosial müdafiə
27 Yanvar , 2015 16:24
Nazirlik tərəfindən 51 600 nəfərdən çox şəxsə Prezident təqaüdləri təyin olunub

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü təyin olunan vətəndaşların sayı hazırda 51 618 nəfər təşkil edir. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Son bir ildə Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən, Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% artırılıb. Habelə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara da Azərbaycan Prezidentinin təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Ümumilikdə son bir ildə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 16 637 nəfər (47,5 faiz) artıb.

Cari ilin əvvəlindən isə dövlət başçısının 2014-cü il 11 avqust tarixli fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də aylıq 200 manat olmaqla Prezident təqaüdü təyin olunur.

Son xəbərlər

Orphus sistemi