Nazirlik sağlamlıq imkanları məhdud gəncləri peşə hazırlığına cəlb edib

Nazirlik sağlamlıq imkanları məhdud gəncləri peşə hazırlığına cəlb edib Hazırda Peşə Reabilitasiya Mərkəzində kursları uğurla başa vuran gənclərə peşə şəhadətnamələri verilir
Sosial müdafiə
16 Fevral , 2016 11:50
Nazirlik sağlamlıq imkanları məhdud gəncləri peşə hazırlığına cəlb edib

Bakı. 16 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə daha 35 nəfər gənc peşə hazırlığına cəlb edilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, hazırda Mərkəzdə peşə təlimi keçən sağlamlıq imkanları məhdud gənclərin sayı 114 nəfərdir.

Mərkəzdə peşə reabilitasiyasına cəlb edilən sağlamlıq imkanları məhdud gənclər burada kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər-qadın-kişi, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma aşbaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursu keçirlər. Bu günlərdə Mərkəzdə monumental-dekorativ sənət növlərindən olan mozaika üzrə yeni hazırlıq kursu da təşkil olunub və hazırda bu kursda 20 nəfər sağlamlıq imkanları məhdud gəncə təcrübəli mütəxəssislər mozaika sənətinin sirlərini öyrədirlər.

Mərkəzdə kursları uğurla başa vuran gənclərə peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilir. Peşə təlimində olduqları müddətdə gənclərin mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili, müstəqil həyata hazırlanmaları və s. istiqamətlərdə məqsədyönlü işlər aparılır ki, bu da həmin gənclərin peşə reabilitasiyası ilə bərabər, sosial reabilitasiyasında da mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi