Nazirlik qanunsuz şəkildə işdən azad edilən 12 nəfərin əvvəlki işinə bərpa olunmasını təmin edib

Nazirlik qanunsuz şəkildə işdən azad edilən 12 nəfərin əvvəlki işinə bərpa olunmasını təmin edib Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib
Sosial müdafiə
19 Aprel , 2016 14:47
Nazirlik qanunsuz şəkildə işdən azad edilən 12 nəfərin əvvəlki işinə bərpa olunmasını təmin edib

Bakı. 19 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-mart aylarında vətəndaşların aidiyyəti müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 733 876 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, qeyd olunan məbləğin 97 faizə qədərini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Bununla yanaşı, yanvar-mart aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.

Son xəbərlər

Orphus sistemi