Nazirlik bu il 11 mindən çox vətəndaşı işlə təmin edib

Nazirlik bu il 11 mindən çox vətəndaşı işlə təmin edib Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərin sayı isə 1453 nəfərdir
Sosial müdafiə
24 İyun , 2015 14:53
Nazirlik bu il 11 mindən çox vətəndaşı işlə təmin edib

Bakı. 24 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları bu ilin yanvar-may aylarında 11 min 100 nəfərdən çox işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, xidmətin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə müvəqqəti xarakterli işlərə olan tələbatlar barədə sifarişlər qəbul edərək, belə işlərdə çalışmaq istəyən şəxslərə təklif ediblər. Bu ilin beş ayı ərzində həmin birjalar 1477 şəxsi sifarişlər əsasında müvəqqəti xarakterli işlərə göndərib.

Qeyd olunan dövrdə DMX-nin haqqı ödənilən ictimai işlərə göndərdiyi vətəndaşların sayı 410 nəfər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərin sayı isə 1453 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi