Nazirlik 450 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

Nazirlik 450 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib Onlardan 70,2 faizi gənclərdən ibarət olub
Sosial müdafiə
14 Mart , 2016 20:25
Nazirlik 450 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

Bakı. 14 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  bu ilin yanvar-fevral aylarında Xidmət tərəfindən respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, qazanxana maşinisti, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, vizajist, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 451 nəfər həmin kurslara cəlb edilib. Onlardan 70,2 faizi gənclərdən ibarət olub.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların kursları bitirdikdən sonra yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı istiqamətində də tədbirlər həyata keçiriləcək.

Bundan başqa, yanvar-fevral aylarında əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 25 145 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

Son xəbərlər

Orphus sistemi