Bakı. 23 iyul. REPORT.AZ/
Nazirliyin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda bu ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 830 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı mərkəzlərinə göndərilib.
Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahəti xüsusi proqram əsasında təşkil edilir. Belə ki, istirahət müddətində onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları, viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar müalicəvi bədən tərbiyəsinə, müxtəlif fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.