Nazirlik 165 nəfər əlilliyi olan şəxsi istirahət və sağlamlıq mərkəzlərinə göndərib

Nazirlik 165 nəfər əlilliyi olan şəxsi istirahət və sağlamlıq mərkəzlərinə göndərib İstirahət müddətində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, viktorinalar və s. də təşkil olunur
Sosial müdafiə
1 İyun , 2016 13:58
Nazirlik 165 nəfər əlilliyi olan şəxsi istirahət və sağlamlıq mərkəzlərinə göndərib

Bakı. 1 iyun. REPORT.AZ/ Əlilliyi olan daha 165 nəfər Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə yola salınıb.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, istirahət müddətində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, viktorinalar və s. də təşkil olunur. Onların istirahət və sağlamlıq mərkəzlərinə aparılıb gətirilməsi xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.

İstirahətə yola salınan əlilliyi olan şəxslər sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan məqsədyönlü işlərə, habelə yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1 000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Onlardan artıq 255 nəfəri Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

Son xəbərlər

Orphus sistemi