Nazir və məsul şəxslər 1 640 nəfərdən çox vətəndaşı fərdi qaydada qəbul edib

Nazir və məsul şəxslər 1 640 nəfərdən çox vətəndaşı fərdi qaydada qəbul edib Ən çox müraciət sosial təminatla bağlı olub
Sosial müdafiə
18 İyun , 2015 16:25
Nazir və məsul şəxslər 1 640 nəfərdən çox vətəndaşı fərdi qaydada qəbul edib

Bakı. 18 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri bu ilin may ayında 1 641 nəfər vətəndaşı fərdi qaydada qəbul edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin qəbul otağında 1 591 müraciət edən şəxs qəbul olunub ki, onların 35,76 faizi sosial təminat, 26,59 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 23,19 faizi məşğulluq, 14,52 faizi əmək hüquqlarının qorunması məsələləri ilə əlaqədardır.

Həmçinin, ötən ay ƏƏSMN-də 23 nəfəri nazir və nazir müavinləri, aparat rəhbəri qəbul edib. Nazir Cəlilabad rayonunda keçirilən vətəndaş qəbulu zamanı isə 5 rayon (Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala) üzrə 27 nəfər vətəndaşı fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

Nazirlikdən bildirilib ki, hər bir vətəndaşın müraciəti obyektiv şəkildə araşdırılaraq cavablandırılıb: "ƏƏSMN-in qəbul otağı son vaxtlarda yenidən qurulub, vətəndaşların müraciət etmələri və qəbul prosesi müasir texnologiyalar əsasında təkmilləşdirilib. Bura gələn şəxslər qəbul otağında quraşdırılmış post-terminaldakı monitordakı müvafiq bölməyə daxil olaraq nömrələnmiş qəbz əldə edir, qəbzdəki nömrə elektron tabloda əks olunduqdan, həmçinin səsləndirildikdən sonra aidiyyəti məsələ üzrə ayrıca kabinədə nazirliyin əməkdaşı tərəfindən qəbul olunurlar. Aparılan qəbul prosesinə xüsusi monitor vasitəsilə nəzarət həyata keçirilir. Qəbul otağında vətəndaşların rahat şəraitdə qəbulu, həmçinin növbələrini gözləmələri üçün müasir tələblər səviyyəsində rahat şərait yaradılıb".

Son xəbərlər

Orphus sistemi