Nazir: “Üç-dörd aya ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq”

Nazir: “Üç-dörd aya ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq” ​Ünvanlı sosial yardım almaq hüququnun olub-olmaması vətəndaşlara sms-lə bildiriləcək
Sosial müdafiə
20 Yanvar , 2015 11:17
Nazir: “Üç-dörd aya ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq”

Bakı. 20 yanvar. REPORT.AZ/ “Artıq yalnız ünvanlı sosial yardım almaq hüququ olanlar bu xidmətdən yararlana biləcək. Ödənişlər onlara il ərzində həyata keçirilən yoxlama nəticəsində veriləcək”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, 2013-cü ilin dekabrın 1-dək 143 min ailəyə ünvanlı sosial yardım edilirdisə, 2014-cü ilin dekabrın 1-nə onların sayı 92 min nəfərə düşüb: “Yoxlamalar nəticəsində onlardan bir çoxunun nəqliyyat vasitəsi ola-ola sosial yardım aldığı aşkara çıxarılmışdı. Eyni zamanda, əvvəlki illərdə çoxlu gəliri olan şəxslər də var idi. Bununla da ünvanlı sosial yardım almaq hüququ olmayan şəxslərə ünvanlı sosial yardımın verilməsi dayandırıldı. Lakin bundan sonra bir ailənin aldığı ünvanlı sosial yardımın məbləği birdən-birə 30 manat artdı. Proses bundan sonra da davam edəcək. Hətta yaxın gələcəkdə ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq. Bir ay müddətində nazirlik tərəfindən həmin şəxslərə ünvanlı sosial yardım almaq hüququnun olub-olmaması sms şəklində bildiriləcək. Müvafiq orqanlarla sıx çalışsaq, yaxın üç-dörd ay ərzində proses tam yekunlaşacaq”.

Son xəbərlər

Orphus sistemi