​Nazir tikinti layihələrini həyata keçirənlərə xəbərdarlıq edib

​Nazir tikinti layihələrini həyata keçirənlərə xəbərdarlıq edib "Yəqin ki, yeni tikililərin layihə və dizaynlarına Azəbaycanda nəzarət olunacaq"
Sosial müdafiə
15 Dekabr , 2014 11:53
​Nazir tikinti layihələrini həyata keçirənlərə xəbərdarlıq edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda yeni tikililərdə əlilliyi olan insanların hərəkəti üçün uyğunluq məsələləri nəzərə alınmır. “Report”un məlumatına görə, bunu “Azərbaycanda əlilliyin qiymətləndirilməsi. Cari naliyyətlər və gələcək addımlar" mövzusunda keçirilən iki günlük beynəlxalq seminarda Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"Bu gün Heydər Əliyev mərkəzini çıxmaq şərti ilə Azərbaycanda heç bir yeni tikililərdə əlil şəxslər üçün konstruksiya nəzərə alınmayıb. Heydər Əliyev mərkəzində istənilən əlil şəxs kənar müdaxilə olmadan bütün otaqları gəzə bilər. Təəssüflər olsun ki, digər fiziki şəxslərin həyata keçirdiyi böyük tikililərdə bu standartlar göstərilmir".

Nazir vurğulayıb ki, universal dizayn, yaxud əsas uyğunluq standartlarına əməl olunmur: "Təbii ki, fiziki qüsurlu olan insanlar üçün bu konstruksiyaların quraşdırılması zəruridir. Yəqin ki yeni tikililərin layihə və dizaynlarına Azərbaycanda nəzarət olunacaq. Bununla bağlı Azərbyacanda qanun da var və bu qanunlara əməl etməyənlər cəzalandırılacaqlar".

Son xəbərlər

Orphus sistemi