Nazir Ramil Usubov ​DİN-də işləmək istəyənləri qəbul edəcək

Nazir Ramil Usubov ​DİN-də işləmək istəyənləri qəbul edəcək Noyabrın 29-da saat 12.00-da keçiriləcək qəbul Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri üçün nəzərdə tutulub
Sosial müdafiə
25 Noyabr , 2014 12:50
Nazir Ramil Usubov ​DİN-də işləmək istəyənləri qəbul edəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər naziri Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək istəyən şəxsləri qəbul edəcək. Qəbulda, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli vətandaşlar iştirak edə bilərlər.

Noyabrın 29-da saat 12.00-da keçiriləcək qəbul Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi