Nazir müavini: "Son beş ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlərin sayı ciddi şəkildə azalıb"

Nazir müavini: "Son beş ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlərin sayı ciddi şəkildə azalıb" Oruc Zalov: "Qadınlara qarşı zorakı cinayətlərin sayı son 5 ildə 45 faiz azalıb"
Sosial müdafiə
18 May , 2016 11:04
Nazir müavini: Son beş ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlərin sayı ciddi şəkildə azalıb

Bakı. 18 may. REPORT.AZ/ "Son beş ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlərin dinamikasında ciddi azalma müşahidə edilir".

"Report" xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini bildirib ki, 2011-ci ildə Azərbaycanda məişət zəminində 2 839 cinayət qeydə alınıb. Onun sözlərinə görə, "2015-ci ildə isə belə cinayətlərin sayı 2,2 dəfə azalararq 1283-ə enib".

O.Zalov qeyd edib ki, qadınlara qarşı zorakı cinayətlərin sayı son 5 ildə 45 faiz azalıb: "Məişət zorakılığının qarşısının alınması Daxili İşlər Nazirliyinin əsas vəzifələrindən biridir və sistemli şəkildə həyata keçirilir. Nazirliyin 4 min nəfərə yaxın əməkdaşı bu sahədə kurslar keçib. DİN-in qurumlarında məişət zorakılığı ilə bağlı müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Hər bir müraciət nəzarətə götürülür və təmin edilir. DİN bu istiqamətdə hüquq mühafizə orqanları, dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə birgə işlər aparır".

Son xəbərlər

Orphus sistemi