Nazir müavini: “İnsanlar sosial yardım alarkən tənbəlləşirlər”

Nazir müavini: “İnsanlar sosial yardım alarkən tənbəlləşirlər” “Hələlik 1400-1500 ailə özünəməşğulluq xidməti ilə bağlı ayrılan maliyyə yardımı ilə əhatə olunacaq”
Sosial müdafiə
28 İyun , 2016 11:39
Nazir müavini: “İnsanlar sosial yardım alarkən tənbəlləşirlər”

Bakı. 28 iyun. REPORT.AZ/ “Ünvanlı sosial yardım (ÜSY) həyata keçirilərkən praktika onu göstərdi ki, insanlar bu yardımı alarkən bir az tənbəlləşirlər. Onlar hesab edirdilər ki, stabil pul ödənişi ilə öz ailələrini saxlaya biləcəklər. Bu da nəticə baxımı ilə ələ baxımlılığa gətirib çıxarır”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

Onun sözlərinə görə, özünəməşğulluq xidməti də məhz həmin insanlar üçün yaradılıb: “İlkin olaraq 6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb. Hələlik bütün regionlarda 1400-1500 ailə bu yardımla əhatə olunacaq. Əsas istəyimiz bu yardımı ailələrə pul şəklində deyil, təqdim olunan biznes planlar əsasında avadanlıqları verməklə etməkdir”.

Nazir müavini qeyd edib ki, ÜSY alan əhali arasında, xüsusilə də kənd rayonlarında yaşayanların 70 faizinin özlərinə məxsus torpaqları var: “Həmin torpaqları nə özləri istifadə edir, nə də başqasına icarəyə verirlər. Ona görə də aktiv əhali özünəməşğulluq xidmətinə cəlb olunmalıdır. Lakin elə ÜSY alan ailələr var ki, özlərindən asılı olmayaraq aktiv fəaliyyətlə məşğul ola bilməzlər. Yaxud da ciddi əlilliyi var. Elə əhali qruplarına dövlətin yardımı bundan sonra da davam edəcək”.

Son xəbərlər

Orphus sistemi