Nazir milli qəhrəman ailəsinə güzəştlə kombayn verib

Nazir milli qəhrəman ailəsinə güzəştlə kombayn verib Digər fermerlərə isə bu kombaynlar ilkin ödəniş 40 faiz olmaqla verilir
Sosial müdafiə
11 Mart , 2016 12:54
Nazir milli qəhrəman ailəsinə güzəştlə kombayn verib

Füzuli. 11 mart. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Ağcabədi rayonunda vətəndaşlarla görüşündə Füzuli rayonu, Qayıdış qəsəbə sakini, milli qəhrəman anası Xurşud Babayevaya növbədənkənar güzəştlə ən müasir kombayn verib.

"Report"un məlumatına görə, ilkin ödəniş 10 faiz olmaqla verilən kombaynın qiyməti 90-100 min manat arasında dəyişir.

Digər fermerlərə isə bu kombaynlar ilkin ödəniş 40 faiz olmaqla verilir.

Qeyd edək ki, X.Babayeva Qarabağ döyüşlərində şəhid olan Azərbaycanın milli qəhrəmanı Seymur Məmmədovun anasıdır.

Son xəbərlər

Orphus sistemi