​Nazir: "l qrup Qarabağ müharibəsi əlillərinə təkrar avtomobillər veriləcək"

​Nazir: "l qrup Qarabağ müharibəsi əlillərinə təkrar avtomobillər veriləcək" "Rəsmi müraciətdən sonra bu istiqamətdə iş aparılacaq"
Sosial müdafiə
15 Sentyabr , 2015 16:56
​Nazir: l qrup Qarabağ müharibəsi əlillərinə təkrar avtomobillər veriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Əvvəlki illərdə avtomobil almış və vasitəsi artıq yararsız olan Qarabağ müharibəsi əlillərinə təkrar avtomobillər veriləcək. "Report"un xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

Nazirin sözlərinə görə, Qarabağ müharibəsi əlilləri bu məsələ ilə bağlı nazirliyə müraciət edib: "Qarabağ müharibəsi əlilləri gəlmişdilər və xahiş edirdilər ki, ilk illərdə avtomobil almış birinici qrup Qarabağ müharibəsi əlillərinə avtomobilləri artıq sıradan çıxdığına görə yenidən avtomobil verilsin. Onlar istəyirlər ki, qaydalara dəyişiklik edilsin və hər il veriləcək avtomobillərin 10 faizi onlar üçün ayrılsın. Onlar mənə müəyyən şəkillər göstərdilər və gördüm ki, buna ehtiyac var".

Nazir bildirib ki, əlillər bu məsələ ilə bağlı nazirliyə rəsmi müraciət göndərdikdən sonra bu istiqamətdə iş aparılacaq.  

Son xəbərlər

Orphus sistemi