Nazir Kəmaləddin Heydərov Şimal bölgəsinin vətəndaşlarını qəbul edib

Nazir Kəmaləddin Heydərov Şimal bölgəsinin vətəndaşlarını qəbul edib 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb
Sosial müdafiə
30 Oktyabr , 2014 18:22
Nazir Kəmaləddin Heydərov Şimal bölgəsinin vətəndaşlarını qəbul edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. “Report”un xəbərinə görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 108 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi