Nazir Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edib

Nazir Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edib 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb
Sosial müdafiə
26 Dekabr , 2014 22:02
Nazir Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi