​Nazir bu ay şəhid olanların ailələrinə pensiya və təqaüdlərin verilməsindən danışıb

​Nazir bu ay şəhid olanların ailələrinə pensiya və təqaüdlərin verilməsindən danışıb Bütün şəhid ailələrinə 220 manat məbləğində vəsait də təqdim olunacaq
Sosial müdafiə
14 Aprel , 2016 12:40
​Nazir bu ay şəhid olanların ailələrinə pensiya və təqaüdlərin verilməsindən danışıb

Bakı. 14 aprel. REPORT.AZ/ "Aprelin əvvəllərində şəhid olanların hər birinin ailəsinə mövcud qanunvericiliyə uyğun olaraq konpensasiyalar veriləcək, bütün güzəştlər ediləcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Hərbçilərin aldığı əmək haqqının yüksək olduğunu xatırladan nazir bildirib ki, hərbçilərdən şəhid olanlar varsa, ailəsində 18 yaşına çatmayan övladları olana, əlil övladı olana yaşından asılı olmayaraq, əmək qabiliyyəti olmayan həyat yoldaşı, ata-anası varsa, onlara, şəhid olmuş hərbçinin mövcud maaşına uyğun olaraq əmək pensiyası müəyyənləşdirilib təqdim olunacaq.

Nazir onu da qeyd edib ki, bütün şəhid ailələri "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” olan 220 manat məbləğində vəsait də təqdim olunacaq.

S.Müslümov təqaüd və pensiyaların şəhid ailələri haqqında məlumatların yerli icra hakimiyyəti orqanları tərəfindən nazirliyə təqdim edilməsindən sonra veriləcəyini bildirib.  

Son xəbərlər

Orphus sistemi