​Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqə başa çatıb

​Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqə başa çatıb Uğur qazanmış 63 namizəddən 61-nin sənədləri iddia etdikləri vəzifəyə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib
Sosial müdafiə
25 Noyabr , 2015 10:01
​Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqə başa çatıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə uğur qazanmış 63 namizəddən 61-nin sənədləri iddia etdikləri vəzifəyə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib, 2 namizəd ehtiyat kadr siyahısına salınıb.

"Report"un məlumatına görə, müsabiqəyə 36 dövlət orqanında 299 vakant vəzifə çıxarılıb, vəzifələri tutmaq üçün 445 nəfər sənəd təqdim edib.

Komissiyanın test mərkəzində 404 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilib, namizədlərdən 161-i müvafiq keçid balını toplaya bilib. Həmin namizədlərdən 135-i müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim edib.

Bu il noyabrın 10-dan 16-dək komissiyanın test mərkəzində keçirilən müsahibə mərhələsində iştirak edən 131 namizəddən 63-ü müvəffəqiyyət qazanıb. Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına uyğun suallar verilib.

Son xəbərlər

Orphus sistemi