​Naxçıvanda muzdla işləyənlərin daha çox hansı sahələrdə fəaliyyət göstərdiyi açıqlanıb

​Naxçıvanda muzdla işləyənlərin daha çox hansı sahələrdə fəaliyyət göstərdiyi açıqlanıb İlk yerdə topdan və pərakəndə ticarət sahəsi yer alıb
Sosial müdafiə
29 İyun , 2016 19:52
​Naxçıvanda muzdla işləyənlərin daha çox hansı sahələrdə fəaliyyət göstərdiyi açıqlanıb

Bakı. 29 iyun.REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında ötən il iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin sayı açıqlanıb.

"Report" muxtar respublikaının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il muzda işləyənlərin sayı 95448 nəfər olub. 2010-cu ildə bu rəqəm 85382 nəfər olub.

Topdan və pərakəndə ticarət sahəsi üzrə muzdla işləyən işçilərin sayı daha çox olub. 2010-cu ildə bu sahə üzrə muzdla fəaliyyət göstərənlərin syaı 14493 nəfər olduğu halda, ötən il bu rəqəm 17196 nəfərə çatıb.

İkinci yerdə təhsil sahəsi yer alıb. Ötən il bu sahədə muzdla işləyən işçilərin sayı 15045 nəfər, tikinti sahəsində fəaliyyət göstərənlərin sayı 12377, emal sənayesində isə 12248 nəfər olub.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə ötən il 6147 nəfər muzdla fəaliyyət göstərib.

Siyahıda ən aşağı göstərici ilə yer alan sahələr maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Belə ki, bu sahə üzrə 2010-cu ildə 310, ötən il 377 nəfər fəaliyyət göstərib.

Mədənçıxarma sənayesi üzrə 2010-cu ildə cəmi 92 nəfər fəaliyyət göstərdiyi halda, ötən il bu rəqəm 518-ə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi