​Naxçıvanda bu ilin 10 ayında ümumi daxili məhsul istehsalı 3,8 faiz artıb

​Naxçıvanda bu ilin 10 ayında ümumi daxili məhsul istehsalı 3,8 faiz artıb Əsas kapitala yönəldilmiş investisiyaların 88,2 faizi tikinti-quraşdırma işlərinin payına düşür
Sosial müdafiə
19 Noyabr , 2015 10:08
​Naxçıvanda bu ilin 10 ayında ümumi daxili məhsul istehsalı 3,8 faiz artıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin yanvar-oktyabr aylarında 1 milyard 924 milyon 326 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,8 faiz çoxdur.

Bu barədə "Report" MR-in Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumat verir.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq 4356,6 manata çatıb.

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 762 663 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələyib. İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada əsas kapitala 781 890 min manat həcmdə investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 689 762 manatı və ya 88,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi