Naxçıvanda daşınmaz əmlak obyektlərinin qeydiyyat sayı açıqlanıb

Naxçıvanda daşınmaz əmlak obyektlərinin qeydiyyat sayı açıqlanıb Muxtar respublikada bu ilin yarım ilində 2827 daşınmaz əmlak obyekti qeydiyyata alınıb
Sosial müdafiə
13 İyul , 2016 19:32
Naxçıvanda daşınmaz əmlak obyektlərinin qeydiyyat sayı açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında bu ilin yarım ilində  2827 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.

"Report" xəbər verir ki, muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, 1402 torpaq sahəsi, 36 qeyri-yaşayış binası, 42 qeyri-yaşayış sahəsi, 452 mənzil, 886 fərdi yaşayış evi, 6 əmlak kompleksi kimi müəssisə, 3 çoxmərtəbəli yaşayış binası qeydiyyata alınıb.

Vətəndaşlara səyyari xidmətin göstərilməsi davam etdirilib, Şahbuz, Culfa, Şərur, Ordubad, Babək və Kəngərli rayonlarının 48 yaşayış məntəqəsindən 547 vətəndaşın müraciətinə baxılıb. Hesabat dövründə komitənin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanan 3010 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Komitənin göstərdiyi elektron xidmətlər üzrə daxil olan 193 müraciət cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi