​Nardaran Bilik Evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

​Nardaran Bilik Evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib Tədbirdə Nardaran və Maştağa qəsəbələrindəki 295, 293, 255, 128, 108, 22 nömrəli tam orta məktəblərin şagirdləri və müəllim kollektivi iştirak ediblər
Sosial müdafiə
1 İyun , 2016 21:03
​Nardaran Bilik Evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Bakı. 1 iyun. REPORT.AZ/ 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evində ətraf qəsəbələrin məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə tədbir keçirilib.

Bu barədə "Report"a Bilik Fondundan bildirilib.

Nardaran Bilik Evinin rəhbəri, qəsəbədəki 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova məktəbliləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva Fondun balacaların maariflənməsi istiqamətində həyata keçirdiyi layihələrdən danışıb, uşaqları müdafiə etməyin bəşəriyyətin ən əsas vəzifəsi olduğunu deyib.

Tədbirdə Nardaran və Maştağa qəsəbələrindəki 295, 293, 255, 128, 108, 22 nömrəli tam orta məktəblərin şagirdləri və müəllim kollektivi iştirak ediblər.

Məktəblilər Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırladıqları mahnı və rəqs nömrələrini nümayiş etdiriblər. Uşaqların rəsm işlərindən ibarət sərgi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi