Naftalanda əmək yarmarkası keçiriləcək

Naftalanda əmək yarmarkası keçiriləcək 140-a yaxın boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək
Sosial müdafiə
13 May , 2015 19:48
Naftalanda əmək yarmarkası keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkasını mayın 15-də Naftalan şəhərində keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. 

Son xəbərlər

Orphus sistemi