Məleykə Abbaszadə Tərtər şəhərində vətəndaşlarla görüş keçirəcək

Məleykə Abbaszadə Tərtər şəhərində vətəndaşlarla görüş keçirəcək Qəbulda qeydiyyatdan keçən vətədaşlar iştirak edəcək
Sosial müdafiə
30 Oktyabr , 2014 16:44
Məleykə Abbaszadə Tərtər şəhərində vətəndaşlarla görüş keçirəcək
Bakı. 30 oktyabr. REPORT/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 18-də Tərtər şəhərində vətəndaşlarla görüş keçirəcək. TQDK-dan "Report"a bildirilib ki, qəbulda Tərtər rayonunun sakinləri ilə yanaşı Yevlax, Ağdaş və Bərdə rayon sakinləri də iştirak edə bilərlər. Qəbul saat 12:00-da Tərtər şəhəri, Gənclər Mərkəzində başlanacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq qeydiyyatdan keçməli və ya TQDK-nın Ağcabədi regional bölməsinə müraciət etməlidirlər.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tərtər, Yevlax, Ağdaş və Bərdə rayon Təhsil şöbələrinə də 30 oktyabr – 17 noyabr 2014-cü il tarixində (şənbə, bazar istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi