​Müəllif Hüquqları Agentliyi: Bu il müəlliflərə əsərlərin qeydiyyatı haqqında 308 şəhadətnamə verilib

​Müəllif Hüquqları Agentliyi: Bu il müəlliflərə əsərlərin qeydiyyatı haqqında 308 şəhadətnamə verilib İlin birinci yarısında 159 müəllifin əsəri qeydiyyatdan keçirilib
Sosial müdafiə
3 Avqust , 2016 11:18
​Müəllif Hüquqları Agentliyi: Bu il müəlliflərə əsərlərin qeydiyyatı haqqında 308 şəhadətnamə verilib

Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında Müəllif Hüquqları Agentliyi tərəfindən 159 müəllifin 302 əsəri qeydiyyatdan keçirilib və şərikli müəlliflik də nəzərə alınmaqla müəlliflərə əsərlərin qeydiyyatı haqqında 308 şəhadətnamə verilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Müəllif Hüquqları Agentliyindən bildirilib.

Bunlardan “Elektron xidmətlər” bölməsi vasitəsilə 25 müraciət əsasında 39 əsər elektron qaydada qeydiyyatdan keçirilib və onların qeydiyyatı haqqında şəhadətnamə müəlliflərə göndərilib.

Eyni zamanda, “Elektron xidmətlər” bölməsindən 84 istifadəçi istifadə edib, onların qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib və tövsiyələr edilib.

Ötən ilin eyni dövründə 99 müəllifin 336 əsəri qeydiyyatdan keçirilib ki, onlardan “Elektron xidmətlər” bölməsi vasitəsilə 13 müəllifin 13 əsəri qeydiyyatdan keçirilib.

Qeyd edək ki, 1996-cı ildən hesabat dövrünün sonunadək 10 mindən artıq əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. Həmin əsərlər və onların müəllifləri barədə müvafiq məlumatlar Agentliyin “Qeydiyyat” elektron məlumat bazasında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi