MM və TBMM deputatları “Təhsil və əlillik problemi” mövzusunda hüquqi bazanın birgə müzakirəsini aparıblar

MM və TBMM deputatları “Təhsil və əlillik problemi” mövzusunda hüquqi bazanın birgə müzakirəsini aparıblar ​Azərbaycan və Türkiyə əlillərin sosial müdafiəsi sahəsində birgə əməkdaşlıq edəcək
Sosial müdafiə
28 Noyabr , 2014 16:51
MM və TBMM deputatları “Təhsil və əlillik problemi” mövzusunda hüquqi bazanın birgə müzakirəsini aparıblar

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisi (MM) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları “Təhsil və əlillik problemi” mövzusunda hüquqi bazanın birgə müzakirəsini aparıblar. “Report” xəbər verir ki, MM-də keçirilən iclasda komitə sədri Hadi Rəcəbli, sədr müavini Musa Quliyev, deputatlar Sədaqət Vəliyeva, Yaqub Mahmudov, Sevinc Hüseynova və TBMM-in bir qrup deputatı iştirak edib.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli türkiyəli deputatlara Azərbaycan parlamenti və təmsil etdiyi komitənin gördükləri işlər barədə məlumat verib. O, həmçinin türkiyəli həmkarlarına Azərbaycandakı əlillərin vəziyyəti barədə danışıb.

Türkiyə Beyazay Dərnəyinin baş direktoru Lokman Ayva çıxışında bildirib ki, Azərbaycan-Türkiyə dedikdə iki qardaş göz önünə gəlir. O qeyd edib ki, Azərbaycan və Türkiyə çox dərin mədəniyyətə və sosial-iqtisadi inkişafa sahibdirlər: “Hər zaman bir-birinə dəstək olan qardaş ölkələrin əlillərin cəmiyyətə inteqrasiyası, onların təhsil alması və işlə təmin olunması sahəsində də birgə fəaliyyət qurması vacibdir”.

Çıxış edən türkiyəli deputatlar da əlillərin sosial müdafiəsi sahəsində birgə əməkdaşlığın vacibliyini qeyd ediblər. Qeyd olunub ki, xüsusən də əlil insanların yüksək təhsil alması çox önəmlidir. Onlar Azərbaycan hökumətinin bu sahəyə olan diqqətini də yüksək qiymətləndiriblər.

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi