Mingəçevir şəhərində 201 vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim edilib

Mingəçevir şəhərində 201 vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim edilib Tədbirə çıxarılan boş iş yerlərində əmək haqqı 105-715 manat arasında dəyişib
Sosial müdafiə
7 Noyabr , 2014 15:07
Mingəçevir şəhərində 201 vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim edilib
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları noyabrın 7-də Mingəçevir şəhərində davam etdirilib. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yarmarkada işsiz və işaxtaran vətəndaşlara şəhər ərazisində fəaliyyət göstərən 36 müəssisə üzrə 201 boş (vakant) iş yeri təqdim edilib. Təqdim olunan boş iş yerlərinin 123-ü qulluqçu, 78-i fəhlə peşələri üzrə olub. Tədbirə çıxarılan boş iş yerlərində əmək haqqı 105-715 manat arasında dəyişib.

Yarmarkada boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Tədbirin nəticəsi kimi 54 nəfərə boş iş yerlərinə göndəriş verilib, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota üzrə ayrılmış iş yerlərinə göndərişlə təmin edilib.

Son xəbərlər

Orphus sistemi