​Milli Preventiv Qrupun üzvləri 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

​Milli Preventiv Qrupun üzvləri 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib Saxlanılma şəraitinə dair bəzi müraciətlər isə yerində araşdırılaraq təmin edilib
Sosial müdafiə
21 İyul , 2016 17:58
​Milli Preventiv Qrupun üzvləri 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

Bakı. 21 iyul. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib.

Ombudsmanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinindaxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisənin müxtəlif obyektlərində məhkumlar qəbul edilib, saxlanılma şəraiti, havalandırma, qidalanma, isti-soyuq su ilə təminatı, tibbi yardım, və rəftar məsələləri, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülən işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində Müvəkkilə müraciət etmiş məhkumlarla təkbətək qəbul edilib, müraciətləri dinlənilib, saxlanılma şəraitinə dair bəzi müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

Ümumilikdə, qəbul olunan məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq sənədləşmənin aparılması işinin və yay rejiminə keçidlə bağlı saxlanılma şəraitinin, tibbi xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi