Milli Məclisin komitə sədri: “Bəzi gəlinlər qab yuya bilmir”

Milli Məclisin komitə sədri: “Bəzi gəlinlər qab yuya bilmir” “Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir”
Sosial müdafiə
13 Aprel , 2016 14:25
Milli Məclisin komitə sədri: “Bəzi gəlinlər qab yuya bilmir”

“Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir”

Bakı. 13 aprel. REPORT.AZ/ "Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. Kişi qadın münasibətləri, ailə məsələləri bəzən islamdan təhrif olunmuş formada çatdırılanda ailə institunun təməlini sarsıdır". "Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə "Ailə institununun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.

"Bizim xalq deyimlərimizdə "bir yastıqda qoşa qarıyasız", "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər" kimi sözlər boş-boşuna deyilməyib. Bunlar elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyütdülər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları gələcəyin atası, ailə başçısı və qaynatası kimi tərbiyələndirməliyik. Təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir", - H.Rəcəbli bildirib.

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi haqqında danışan komitə sədri bildirib ki, bu qanunda öz əksini tapmış məsələlərin əksəriyyəti əvvəlki qanunlarımızda var: "Buradan mətbuata səslənirəm, bizim təklif etdiyimiz bəzi məsələlər elə təhrif olunmuş formada verilir ki, sonra onları insanlara izah etməkdə əziyyət çəkirik. Bu da öz növbəsində cəmiyyətin və qanun yaradıcılığının əksinə işləyir".

Son xəbərlər

Orphus sistemi