Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən “HİV haqqında” mövcud qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək. "Report" xəbər verir ki, bu barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, ictimai dinləmələrin dekabrın 4-də parlamentdə keçirilməsi nəzərdə tutulur: “Bu dinləmələrdə həm komitəmizin üzvləri, həm bu məsələ ilə əlaqəli qurumlar, QHT-lər, həm də gənclər iştirak edəcəklər”.